"Ayaks"ın 11 futbolçusunda oyundan əvvəl koronavirus aşkarlandı

 21:45 02.11.2020     276

Niderlandın "Ayaks" klubunun 11 futbolçusu koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, Amsterdam təmsilçisinin oyunçularının test nəticəsi Çempionlar Liqasının qrup mərhələsinin III turunda Danimarka "Midtüllann"ı ilə oyundan əvvəl müsbət olub.

"Ayaks" bu səbəbdən Danimarkaya 17 futbolçu ilə yollanıb.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək "Midtüllann" - "Ayask" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən