"Barselona" - "Dinamo" matçı ləğv oluna bilər

 19:39 03.11.2020     359

UEFA Çempionlar Liqasının G qrupunun III turunda İspaniya "Barselona"sı ilə Ukrayna "Dinamo"su (Kiyev) arasında oyun baş tutmaya bilər.

Redaktor.az xəbər verir ki, buna səbəb Kiyev təmsilçisində koronavirusa kütləvi yoluxma halının aşkarlanmasıdır.

UEFA-nın açıqladığı yeni qaydalara görə, matçın keçirilməsi üçün komandada biri qapıçı olmaqla, ən azı 13 əsas heyət üzvü yer almalıdır. Qonaqlar səfər qarşılaşmasına 13 futbolçu ilə yollansalar da, onların arasında əsas komandadakı qolkiperlərin heç biri yoxdur. Bu mənada, görüşün keçirilməsi sual altındadır.

Digər tərəfdən, 13 futbolçudan hər hansı biri infeksiyaya yoluxarsa, oyun mütləq ləğv olunacaq.

Qeyd edək ki, noyabrın 4-də oynanılacaq matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. //Open.az 

Vumart və Güvən reklamı Vumart Güvən