"Lokomotiv"dən heç-heçə - "Şaxtyor" darmadağın oldu

 05:48 04.11.2020     200

UEFA Çempionlar Liqasında III tura start verilib.

Redaktor.az-ın məlumatına görə, turun ilk iki oyunu Rusiya və Ukrayna paytaxtlarında gerçəkləşib.

Moskvada "Lokomotiv" İspaniya "Atletiko"u ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 18-ci dəqiqədə Xose Maria Ximenesin vurduğu qola meydan sahiblərindən Anton Mirançuk 25-ci dəqiqədə penalti zərbəsi ilə cavab verib. Bununla da "Atletiko" 4 xalla A qrupunda 2-ci, "Lokomotiv" 2 xalla 3-cü pillədə qalıb.

B qrupunda ilk məğlubiyyətlə üzləşən "Şaxtyor" 4 xalla 2-ci pilləyə enib. Xalını 5-ə yüksəldən "Borussiya" isə liderə çevrilib.

Qeyd edək ki, günün daha 6 görüşü gecəyarısı başlayıb. //Report

https://player.videolen.com/embed/F4qfQnlv3oLke?autoplay=1&htmlplayer=1 https://player.videolen.com/embed/Bj1A0hHchvP1K?autoplay=1&htmlplayer=1
Vumart və Güvən reklamı Vumart Güvən