"Barselona" qapıçısını SATA BİLƏR

 06:38 04.11.2020     205

İspaniyanın "Barselona" klubu qapıçısı Mark-Andre ter Ştegeni satmağı nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, 28 yaşlı qolkiperlə Almaniyanın "Bavariya" klubu maraqlanır.

Münhen təmsilçisi almaniyalı oyunçunun əsas qapıçı Manuel Noyeri uzun müddət əvəzləyəcəyini düşünür. Kataloniya klubu bu keçid üçün 80 milyon avro tələb edə bilər.

"Barselona"nın artan maddi çətinliklər və böyük maaşlar fonunda Mark-Andre ter Ştegeni satacağı ehtimal edilir.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da oynayır.

Vumart və Güvən reklamı Vumart Güvən