Salah Cerrardın rekordunu təkrarladı

 13:26 04.11.2020     291

Bu gecə UEFA Çempionlar Liqasının III turunda “Atalanta” “Liverpul”u qəbul edib. Oyun İngiltərə klubunun 0:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Redaktor.az-ın məlumatına görə, “mersesaydlılar”ın misirli futbolçusu Məhəmməd Salah klubun əfsanəvi futbolçularından biri hesab olunan Stiven Cerrardın rekorduna çatıb.

Qeyd olunur ki, S.Cerrard “Liverpul”un heyətində Çempionlar Liqasının ən çox qol vuran (21) futbolçu idi.

“Atalanta”ya qarşı oyunda qollardan birinin müəllifi olan Məhəmməd Salah bu göstərici ilə S.Cerrardın nəticəsini təkrarlayıb.

Xatırladaq ki, M.Salah 2017-ci ildə “Liverpul”a transfer olub. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən