Avstriya klubunun 8 futbolçusunda koronavirus aşkarlandı

 02:38 05.11.2020     243

Avstriyanın "Volfsberq" klubunun bəzi futbolçuları koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, komandada 8 oyunçunun testi müsbət nəticələnib.

Həmin şəxslər digər futbolçulardan təcrid edilib və hazırda evlərində karantindədir.

Qeyd edək ki, "Volfsberq" noyabrın 5-də Avropa Liqasının qrup mərhələsinin III turunda Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olacaq. //Open.az

Vumart və Güvən reklamı Vumart Güvən