Cüdoçumuz Avropa çempionatında 5-ci olub

 23:05 05.11.2020     220

Xorvatiyanın Poreç şəhərində Azərbaycan cüdoçularının da qatıldığı gənclər arasında Avropa çempionatı davam edir.

Redaktor.az xəbər verir ki, yarışın ikinci günündə daha 5 idmançımız mübarizəyə qoşulsa da, medalçılar sırasına düşə bilməyiblər. Cüdoçularımızdan ən yaxşı nəticəni 5-ci yeri qazanmaqla Elcan Hacıyev (81 kq) göstərib.

Qeyd edək ki, turnirin birinci gününü də tatami ustalarımız medalsız başa vurublar.

Noyabrın 6-da başa çatacaq qitə çempionatına ümumilikdə 13 idmançımız qatılıb. //AZƏRTAC

Vumart və Güvən reklamı Vumart Güvən