"Qarabağ"ın futbolçusu növbəti oyunu BURAXACAQ

 23:21 05.11.2020     171

"Qarabağ"ın futbolçusu Filip Ozobiç cəzalı duruma düşüb.

Redaktor.az-ın məlumatına görə, yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"la oyunun 53-cü dəqiqəsində sarı vərəqə alıb.

Bu xorvatiyalı oyunçunun turnirdəki üçüncü xəbərdarlığı olub. Ozobiç bu səbəbdən IV turda "Sivasspor"la ev matçını buraxmalı olacaq.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hiss oynanılır və "Qarabağ" 0:1 hesabı ilə geridədir. IV turdakı "Qarabağ" - "Sivasspor" qarşılaşması noyabrın 29-da gerçəkləşəcək. Ağdam klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar matçlarını neytral meydanda keçirir. //Report

Vumart və Güvən reklamı Vumart Güvən