Azərbaycan cüdoçuları Avropa çempionatını medalsız başa vurdu

 20:58 06.11.2020     337

Azərbaycan cüdoçusu Camal Feyziyev Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Redaktor.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı rusiyalı Valeri Endovitski ilə üz-üzə gəlib.

Qarşılaşmada məğlub olan Feyziyev 5-ci yerlə kifayətlənib. 100 kq-da yarışan Adil Kərimli isə bürünc medal uğrunda görüşdə İsveçrə cüdoçusu Daniel Eyçə uduzub və 5-ci olub. .

Qeyd edək ki, turnirin ötən iki günündə də Azərbaycan təmsilçiləri medal qazanmayıb. Daha əvvəl 81 kq-dakı Elcan Hacıyev də 5-ci yeri tutub. Noyabrın 4-də start götürən qitə çempionatına ölkənin 13 cüdoçusu qatılıb.

Vumart və Güvən reklamı Vumart Güvən