Pirlo Kriştianu Ronaldunun zədələndiyini açıqladı

 15:07 09.11.2020     218

“Yuventus”un baş məşqçisi Andre Pirlo Kriştianu Ronaldunun “Latsio” ilə oyunda zədələndiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, “Ronaldu təkcə bizim üçün deyil, oynadığı bütün komandalar üçün əsas oyunçudur. Təəssüf ki, ayaq biləyində problem yarandı və meydanı tərk etmək məcburiyyətində qaldı”, - deyə italiyalı futbol mütəxəssisi qeyd edib.

Qeyd edək ki, İtaliya çempionatının 7-ci turunda keçirilən “Latsio” - “Yuventus” matçı 1:1 hesabı ilə yekunlaşıb. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən