Zidanın heyətlə bağlı seçimi futbolçuları təəccübləndirib

 19:43 09.11.2020     341

İspaniya "Real Madrid"inin baş məşqçisi Zinəddin Zidanın La Liqanın IX turunun "Valensiya" ilə oyununda meydana buraxdığı start heyəti futbolçular tərəfindən birmənalı qarşılanmayıb.

Redaktor.az xəbər verir ki, fransalı mütəxəssisin ilk "11-lik"də Ferlan Mendi və Toni Kroosun əvəzinə Marselo və İskoya yer verməsi oyunçuları təəccübləndirib.

Futbolçuların əvvəlkitək baş məşqçiyə hörmət etdikləri, amma bəzi qərarları ilə barışmadıqları bildirilib.

Qeyd edək ki, "Real Madrid" "Valensiya"ya 1:4 hesabı ilə uduzub. //Report

Vumart və Güvən reklamı Vumart Güvən