"Fiorentina"nın yeni baş məşqçisi məlum oldu

 06:29 10.11.2020     334

Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli "Fiorentina" komandasının sükanı arxasına keçib.

Redaktor.az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis yeni vəzifədə Cüzeppe Yakinini əvəzləyib. Təqdimat mərasimi bu gün keçiriləcək.

A Seriyasında 7 turdan sonra "Fiorentina" 8 xalla 12-ci yerdədir.

Prandelli daha əvvəl 2005-2010-cu illərdə də Florensiya komandasına rəhbərlik edib. O, "bənövşəyilər"i Çempionlar Liqasına çıxaran son baş məşqçi olub. Təcrübəli mütəxəssis əvvəllər Türkiyənin "Qalatasaray" klubunda da çalışıb.

İtaliyalı baş məşqçi yığmaya 2012-ci il Avropa çempionatının gümüş, Konfederasiyalar Kubokunun bürünc medallarını qazandırıb. O, 2018-ci ildə ölkəsinin ən yaxşı baş məşqçisi seçilib. //Report

Vumart və Güvən reklamı Vumart Güvən