"Roma"nın 3 futbolçusu koronavirusa yoluxub

 10:24 10.11.2020     262

İtaliyanın "Roma" klubunun 3 futbolçusunda koronavirus aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Federiko Fasio, Davide Santon və Lorentso Pelleqrinidən götürülmüş analiz nəticələri müsbət çıxıb.

Hər 3 oyunçu dərhal karantinə alınıb.

Qeyd edək ki, daha əvvəl "Roma"nın hücumçusu Edin Cekonun infeksiyaya yoluxduğu məlum olub. //Report

Vumart və Güvən reklamı Vumart Güvən