"Barselona" qışda yeni oyunçular ala bilməyəcək

 10:25 11.11.2020     307

İspaniyanın "Barselona" komandası maliyyə problemi ilə üzləşib.

Redaktor.az xəbər verir ki, Kataloniya klubu bu səbəbdən qış transfer pəncərəsində yeni oyunçular ala bilməyəcək.

La Liqa təmsilçisi bunun üçün öz heyətindəki bəzi futbolçuları satmalıdır.

İddiaya görə, klub rəhbərliyi Ansu Fatinin zədələnməsindən sonra hücumçu və mərkəz müdafiəçisi transferi həyata keçirmək istəyib. Amma məlum səbəbndən keçid baş tutmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən