Sloveniya və Azərbaycan yığmaları START HEYƏTİ
Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Redaktor.az-ın məlumatına görə, yığmamız 2020-ci ildə ilk yoxlama oyununa çıxacaq.
Sloveniya ilə Lyublyanada baş tutacaq qarşılaşmadan öncə hər iki komandanın heyəti açıqlanıb. Millimizin baş məşqçisi Canni de Byazi və onun həmkarı Matyaj Kek start heyəti və ehtiyat oyunçuları müəyyənləşdirib.
Qeyd edək ki, “Stojitse” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
23:45. Sloveniya – Azərbaycan
Baş hakim: Ferens Karako (Macarıstan)
Sloveniya: 12. Belek, 2. Skubic, 7. İliçiç (k), 8. Lovriç, 10. Zays, 11. Matavz, 14. Kurtiç, 17. M. Mevlja, 19. Yurçeviç, 20. Qnezda Çerin, 23. Bajriç
Azərbaycan: 1. Balayev , 3. Salahlı, 5. Medvedev (k), 6. Mustafayev, 7. Mütəllimov, 11. Emreli, 15. B. Hüseynov, 18. Krivotsyuk, 19. Xəlilzadə, 20. İbrahimli, 21. Seydiyev
Lyublyana. “Stojitse” stadionu //APA












