"Neftçi"nin yeni baş məşqçisinin köməkçiləri bilindi

 15:17 12.11.2020     184

"Neftçi"nin yeni baş məşqçisi Samir Abasovun köməkçiləri müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssisin məşqçilər korpusunda Seymur Rəhimov və Vəfadar Quliyev yer alacaq.

Qeyd edək ki, Samir Abasov 2003/2004 mövsümündə "Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi "Sumqayıt” (2015-2018) və "Zirə” (2018-2019) klublarında çalışıb. //Report

Vumart və Güvən reklamı Vumart Güvən