Türkiyə millisi karantinə alındı

 16:27 12.11.2020     205

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Rusiya ilə qarşılaşacaq Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.

Redaktor.az xəbər verir ki, buna səbəb millinin baş məşqçisi Şenol Güneş və bəzi futbolçuların noyabrın 11-də evdə Xorvatiya ilə yoldaşlıq matçında (3:3) qonaq komandanın koronavirusa yoluxmuş müdafiəçisi Domaqoy Vida ilə yaxın təmasda olmasıdır.

Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə - Rusiya matçı noyabrın 15-də olacaq. //Report

Vumart və Güvən reklamı Vumart Güvən