"Vilyarreal" 4 futbolçusu ilə müqaviləni yenilədi

 16:35 12.11.2020     356

"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan İspaniya "Vilyarreal"ı 4 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Redaktor.az xəbər verir ki, bunlar Yeremi Pino, Fernando Ninyo, Filip Yorgensen və Aleks Baenadır.

Yorgensenlə Baenanın sözləşməsi 2025-ci ilə, Ninyo ilə Pinonun anlaşması isə 2024-cü ilə qədər artırılıb.

Qeyd edək ki, "Qarabağ" II turda Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matçda "Vilyarreal"a 1:3 hesabı ilə uduzub. Qonaq komandanın görüşdəki ilk qolunu Yeremi Pino vurub. Komandalar arasında VI tura təsadüf edəcək İspaniyadakı oyun dekabrın 10-da gerçəkləşəcək. //Report

Vumart və Güvən reklamı Vumart Güvən