Türkiyənin daha bir klubunun futbolçularında KORONAVİRUS

 08:18 13.11.2020     49

Türkiyə Super Liqasında çıxış edən "Antalyaspor" komandasının 4 üzvü koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, 3 futbolçunun və bir klub işçisinin testi müsbət nəticə verib.

Həmin şəxslər evlərində təcrid edilib və onların müalicələrinə başlanılıb.

Qeyd edək ki, daha əvvəl "Göztepe" klubunda koronavirus aşkarlanıb. //Report