Məhəmməd Salah koronavirusa yoluxdu
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahda koronavirus aşkarlanıb.
Redaktor.az-ın məlumatına görə, Misir yığmasının düşərgəsində olan 28 yaşlı hücumçunun testi müsbət nəticələnib.
Təcrübəli oyunçuda xəstəliyin simptomları aşkarlanmayıb. Millinin digər üzvlərinin test nəticəsi mənfidir.
Qeyd edək ki, Misir seçməsi noyabrın 14-də Afrika Millətlər Kubokunun seçmə mərhələsində Toqo yığması ilə üz-üzə gələləcək.












