"Qarabağ"dan ayrılan futbolçu Mərakeş klubuna keçdi

 02:58 14.11.2020     228

Yay transfer dönəmində "Qarabağ"dan ayrılan futbolçu Faysal Rerrasın yeni klubu bəlli olub.

Redaktor.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi Mərakeş təmsilçisi "Mouloudia Ucda" ilə müqavilə imzalayıb.

Mərakeş əsilli belçikalı oyunçunun sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Faysal Rerras 2019/2020 mövsümündə "Qarabağ"ın formasını geyinib. //Report

Vumart və Güvən reklamı Vumart Güvən