"Azərbaycan millisi keyfiyyətli komanda olduğunu göstərdi" - Milan Miyatoviç

 21:47 13.11.2020     311

“Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi".

Redaktor.az-ın məlumatına görə, bunu Monteneqro yığmasının qapıçısı Milan Miyatoviç Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının V tur matçından öncə mətbuat konfransında deyib.

"Bu oyunda Lüksemburqla qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq” , -deyə 33 yaşlı qolkiper bildirib.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. //Report

Vumart və Güvən reklamı Vumart Güvən