MMA idmançısı Moskvada döyüldü

 10:37 14.11.2020     191

Rusiyalı MMA döyüşçüsü Sergey Xaritonov Moskvada döyülüb.

Redaktor.az xəbər verir ki, 40 yaşlı idmançı xəstəxanaya yerləşdirilib.

Xaritonovun sağ gözü xəsarət alıb və burnu qırılıb. Döyüşçü noyabrın 15-də əməliyyat olunacaq. Ona beyin silkələnməsi diaqnozu da qoyulub.

Polis əməkdaşları hazırda şübhəlini axtarır. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir. //Report