AVRO-2020 yalnız Böyük Britaniyada keçirilə bilər

 07:14 15.11.2020     60

Futbol üzrə Avropa çempionatının (AVRO-2020) bütün matçları 2021-ci ilin yayında Böyük Britaniyada keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Deyli Meyl” İngiltərə Futbol Assosiasiyası və UEFA-ya istinadən yazıb.

Hazırkı durumda AVRO-2020 11 Avropa ölkəsinin 12 şəhərində keçirilməlidir. Bu şəhərlər arasında paytaxtımız Bakı da var.

Koronavirus pandemiyasına görə, matçların bir ölkənin ərazisində keçirilməsi istisna olunmur. Böyük Britaniyanın paytaxtı London və Qlazqo şəhərləri Avropa çempionatının ev sahiblərindən olduğundan, hazırda AVRO-2020-nin məhz bu ölkədə keçirilməsi üzrə danışıqlar gedir.

Qeyd edək ki, pandemiyaya görə 2021-ci ilə keçirilmiş AVRO-2020-nin əvvəl bütün matçlarının Rusiyada keçirilməsi barədə “Le Parisien” nəşri iddia irəli sürmüşdü. Xatırladaq ki, Rusiyadan Sankt-Peterburq şəhəri ev sahiblərindən biridir. //Oxu.az