Azərbaycanlı hakim Ukrayna-Şimali İrlandiya matçını idarə edəcək

 01:03 17.11.2020     264

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.

Redaktor.az-ın məlumatına görə, AFFA xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.

Cabbarova Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən