Rusiya millisində 13 koronavirus aşkarlandı

 04:16 17.11.2020     42

Rusiyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Redaktor.az xəbər verir ki, 13 şəxsin test nəticəsi müsbət olub.

Onlardan 8-i futbolçu, 5-i isə məşqçilər heyətinin üzvüdür.

Koronavirusa yoluxanlar dərhal digərlərindən təcrid edilib. //Report