"Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı

 15:36 17.11.2020     169

Moldova yığmasının və "Sabah"ın futbolçusu Yevgeni Koçuk UEFA Millətlər Liqasının qrup məhələsinin VI turunda Kosovoya qarşı oynamayacaq.

Redaktor.az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ötən tur Yunanıstanla matçda (0:2) zədələnən 27 yaşlı yarımmüdafiəçi millinin Priştinaya yollanan heyətindən çıxarılıb.

Onunla yanaşı, Aleksandr Osipov da zədə səbəbindən qarşıdakı görüşü buraxacaq.

Qeyd edək ki, Kosovo-Moldova oyunu noyabrın 18-də baş tutacaq. //Report

Vumart və Güvən reklamı Vumart Güvən