"Zirə"nin legionerində də koronavirus aşkarlandı

"Zirə" klubunun mozambikli futbolçusu Klesio Bauk koronavirusa yoluxub.
Redaktor.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin testi millinin düşərgəsində olarkən müsbət olub.
Onunla birlikdə daha 7 oyunçu, bir texniki heyət üzvü və yığmanın həkimində infeksiya aşkarlanıb. Mozambik Futbol Federasiyası virusa yoluxanların adlarını açıqlamayıb.
Qeyd edək ki, Mozambik yığması noyabrın 16-da Afrika Millətlər Kubokunda evdə Kameruna 0:2 hesabı ilə uduzub. Bauk və virus aşkarlanan digər futbolçular qarşılaşmada iştirak etməyib. //Report