Lüksemburqun iki oyunçusunda koronavirus aşkarlandı

 18:22 17.11.2020     288

UEFA Millətlər Liqasının VI turunda bu gün Azərbaycanla qarşılaşacaq Lüksemburq yığmasının iki futbolçusu koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, federasiyanın rəsmi tvitter səhifəsi xəbər verir ki, bunlar qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeşdir. Bu səbəbdən, hər iki oyunçu matçı buraxacaq.

Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. //Report