Klublararası dünya çempionatı təxirə salındı - RƏSMİ

 23:14 17.11.2020     43

Klublararası dünya çempionatı-2020 bu ilin dekabrında keçirilməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Koronavirus pandemiyası ilə əlaqədar bəzi konfederasiyalar Çempionlar Liqası matçlarını dekabradək bitirə bilməcəyəklər. Ona görə də FİFA turniri gələn ilin fevral ayına təxirə salıb. Yarışın fervalın 1-dən 11-dək keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, klublararası dünya çempionatı 6 qitə konfederasiyasının ən güclü klublarının və təşkilatçı ölkənin ən yaxşı komandasının iştirakı ilə keçirilir. //Open.az