Niderland çempionatında ən çox matça çıxan futbolçu ölüb

 01:40 19.11.2020     213

Niderland çempionatında ən çox oyun keçirən futbolçu Pim Dusburq dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə PSV klubu məlumat yayıb.

Keşmiş qolkiper 77 yaşında vəfat edib.

Qeyd edək ki, Pim Dusburq "Sparta" (1962-1967, 1970-1980) və PSV-də (1967-1970, 1980-1987) çıxış edib. O, Erediviziyada 687 matç keçirib və bu, rekord göstərici hesab olunur.

Qolkiper Eyndhoven təmsilçisi ilə 2 dəfə ölkə çempionu olub, 8 dəfə isə Niderland millisinin formasını geyinib. \\Report

Vumart və Güvən reklamı Vumart Güvən