Mayk Tayson 15 il sonra RİNQDƏ

 23:32 18.11.2020     49

Dünya şöhrətli boksçu Mayk Tayson 15 il fasilədən sonra yenidən rinqə çıxacaq.

Redaktor.az xəbər verir ki, Tayson 29 noyabr bazar günü rəqibi Roy Consla döyüşəcək.

Qeyd edək ki, sonuncu dəfə 2005-ci ildə döyüşə çıxan 54 yaşlı Maykın rəqibi Royun 51 yaşı var. Onlar arasındakı döyüş 8 raund olacaq.

Xatırladaq ki, Mayk karyerası ərzində 50 qalibiyyət qazanıb, 6 dəfə məğlub olub. Roy Consun isə 66 qalibiyyəti, 9 məğlubiyyəti var. \\Open.az