"Mançester Siti" Qvardiola ilə müqaviləni yeniləyib - RƏSMİ

“Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə müqaviləni yeniləyib.
Redaktor.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
49 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayınadək olan yeni müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “şəhərlilər”i çalışdırır. \\Open.az