Mesut Özil İslam dünyasına MÜRACİƏT ETDİ

 09:00 21.11.2020     289

Türk mənşəli alman futbolçusu Mesut Özil İslam dünyasını "islamofobiyanı mehribanlıqla silahsızlaşdırmağa" çağırıb.

Redaktor.az xəbər verir ki, futbolçu bu barədə Tvitterdə yazıb.

O, mikrobloqunda Qurandan sitat gətirib: "Xeyir və şər bərabər ola bilməz. Şərə ən yaxşı ilə cavab verin, onda sizinlə düşmən olan yaxın dost kimi olacaq".

"Təəssüf ki, Avropada, dünyanın başqa yerlərində islamofobiya artır və KİV bunda böyük rol oynayır.

Mənim buna şəxsi cavabım: biz islamofobiyaya və islamçılıq əleyhinə belə reaksiya verməliyik - onları gücləndirməmək və silahsızlaşdırmaq üçün mehribancasına susmağa məcbur etməliyik", - futbolçu bildirib.

M.Özil İngiltərə Premyer Liqasının "Arsenal" klubuna 2013-cü ildə keçib. O, "topçular"ın heyətində 254 oyunda 44 qol vurub. //Report