"Qarabağ" 6 qolla liderliyə yüksəlib

 18:59 21.11.2020     369

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Son Azərbaycan çempionu "Qarabağ" klubu öz meydanında "Sumqayıt"la üz-üzə gəlib.

Liderlərin dueli olduqca məhsuldar alınıb. Rəqibinə 6:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi vahid liderliyə yüksəlib.

Qeyd edək ki, bu günə nəzərdə tutulan "Sabah" – "Səbail" oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb. Turun qalan iki oyunu isə sabah keçiriləcək.

21 noyabr

"Qarabağ" - "Sumqayıt" - 6:1

Qollar: Donald Gerye, 28 (1:0), Abdullah Zubir, 34 (2:0), Donald Gerye, 46+1 (3:0), Toral Bayramov, 54 (4:0), Mahir Emreli, 75 (5:0), Tellur Mütəllimov, 87 (5:1), Abdullah Zubir, 89 (6:1)

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Bakı. "Azersun Arena"

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Zirə İdman Kompleksinin stadionu

 

Turnir cədvəli

  • Premyer Liqa
N Klublar O Q H M T-F X
1 Qarabağ 9 5 3 1 26-6 18
2 Sumqayıt 10 4 3 3 13-15 15
3 Zirə 9 4 3 2 9-8 15
4 Neftçi 9 4 2 3 7-12 14
5 Keşlə 9 3 3 3 10-12 12
6 Səbail 8 2 3 3 9-10 9
7 Qəbələ 9 1 5 3 7-14 8
8 Sabah 9 2 0 7 8-12 6

 

\\Open.az