"Qəbələ"nin futbolçu Rumıniya klubuna keçdi

 09:15 23.11.2020     359

"Qəbələ" ilə yollarını ayıran futbolçu İvitsa Juniçin yeni klubu bəlli olub.

Redaktor.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi Rumıniyanın ÇFR (Kluj) klubu ilə müqavilə imzalayıb.

Xorvatiyalı oyunçunun sözləşməsinin müddəti və detalları açıqlanmayıb.

Qeyd edək ki, İvitsa Juniç 2019-cu ilin yayında "Qəbələ"yə keçib. Əyalət təmsilçisi 2019/2020 mövsümünün sonunda futbolçu ilə vidalaşıb. //Report

Vumart və Güvən reklamı Vumart Güvən