FİFA-nın vitse-prezidenti futboldan uzaqlaşdırılıb
Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti və FİFA-nın vitse-prezidenti Əhməd Əhməd futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Etika Komitəsi 60 yaşlı futbol funksionerinin vəzifəsindən sui-istifadə etdiyini və vəsait mənimsədiyini sübuta yetirib. Əhməd beş il müddətinə milli və beynəlxalq səviyyədə futbol fəaliyyətindən kənar qalacaq. Bundan əlavə, o, 200 min İsveçrə frankı cərimə ödəməli olacaq.












