AFFA “Zirə” və “Sumqayıt”ı cərimələyib

 15:22 24.11.2020     237

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının X turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Qarabağ”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 800 manat cərimələnib. “Keşlə”yə qarşı matçda 4 üzvü xəbərdarlıq alan “Zirə”nin də cəzası eyni olub. //APA