“Qalatasaray” şəhidimizin səs yazısını paylaşıb

 00:52 25.11.2020     207

Türkiyənin “Qalatasaray” klubu komandanın azarkeşi olmuş Vətən müharibəsi şəhidi Murad Məmmədovun səs yazısını yayımlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi “Instagram” hesabında paylaşım edilib.

“Futbol sevgisi deyil bu, “Qalatasaray” sevgisidir. Bu da bitəcək bir şey deyil, mənimlə məzara qədər gedəcək”, - deyə şəhidimiz söyləyib. \\Oxu.az