Futbolda əlavə əvəzetməyə icazə verilə bilər

 03:52 25.11.2020     240

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunçunun beyin sarsıntısı keçirmə şübhəsi olduqda əlavə əvəzetmə tətbiq edilməsi variantını müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, qurum bu yeniliyin dərhal sınaqdan keçirilməsinin və dekabr 16-dakı illik iclasda təsdiqlənmə ehtimalının lehinə çıxış ediblər.

Həmçinin koronavirus pandemiyası dövründə beş əvəzetmə qərarının qüvvədə saxlanılmasını müdafiə edən qurum VAR sisteminin texnologiyasını büdcəsi məhdud olan liqalar və federasiyalar üçün daha əlçatan etmək barədə düşünür. \\Open.az

Vumart və Güvən reklamı Vumart Güvən