"Qarabağ"ın rəqibində daha 3 nəfər koronavirusa yoluxub

 05:22 25.11.2020     190

UEFA Avropa Liqasının I qrupunun IV turunda "Qarabağ"la qarşılaşacaq Türkiyə "Sivasspor"u koronavirus testlərinin nəticəsini açıqlayıb.

Redaktor.az xəbər verir ki, komandanın məşqçisində və 2 futbolçusunda infeksiya aşkarlanıb.

Virus aşkarlanan şəxslərin adları açıqlanmayıb və onlar dərhal karantinə alınıblar. Həmçinin daha əvvəl analiz nəticəsi müsbət çıxmış oyunçulardan birinin sağaldığı bildirilib. Hazırda komandada koronavirus xəstəsi olan 7 futbolçu var.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. \\Report