"Qələbə qazanmaq istəyirik" - Qurban Qurbanov

 20:51 25.11.2020     236

"Başda Türkiyə olmaqla, hər zaman bizə dəstək olan ölkələrə təşəkkürümü bildirirəm. Bu, bütün türk dünyasının qələbəsidir".

Redaktor.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyə "Sivasspor"u ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, komandası sabahkı matçda meydana qələbə üçün çıxacaq:

"Çətin olacağını bilirik. Çünki heyətimizdə zədəli və cəzalı futbolçular var. Sabah iki qardaş ölkənin komandası qarşılaşacaq. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik". //Report