"Qarabağ" - "Sivasspor" oyununda 1 dəqiqəlik sükut olacaq

 23:56 25.11.2020     210

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində bu həftə keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.

Sloveniyalı funksioner artıq bununla bağlı xüsusi tapşırıq verdiyini bildirib.

Maradona bu gün ürəktutmasından sonra 60 yaşında dünyasını dəyişib.