Avropa çempionatı: İki gimnastımız finala yüksəldi

 19:48 26.11.2020     308

Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa Çempionatı start götürüb.

Redaktor.az-ın məlumatına görə, yeniyətmələrin mübarizəsində Azərbaycanın 2 gimnastı finala vəsiqə qazanıb.

İplə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova həlledici mərhələyə yüksəlib. Bayramova 19 min 150, Gözəlova isə 21 min 200 xalla ilk "8-liy"ə düşməyi bacarıb.

Axşam seansında çoxnövçülük üzrə komanda yarışları baş tutub. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxıb. Günün ən yaxşı nəticəsinə imza atan komanda 34.600 xalla cədvəldə ilk pilləni tutub. //Report