Alberto Fernandes də vida mərasimində iştirak edib

 19:55 26.11.2020     183

Ötən gün dünyasını dəyişmiş Dieqo Maradona ilə vida mərasiminə Argentinanın prezidenti Alberto Fernandes də qatılıb.

Redaktor.az-ın məlumatına  görə,  "La Nacion" nəşri xəbər verir ki, Buenos-Ayresdəki Kasa Rosada prezident sarayında keçirilən tədbirdə onu ölkənin birinci xanımı Fabiola Yanes müşayiət edib. Onların mərasimə helikopterlə gəldikləri bildirilib.

Prezident saraya daxil olarkən içəriyə digər şəxslərin girişi müvəqqəti dayandırılıb. Bu zaman Maradonanın qohumları da orada olub.

Bakı vaxtı ilə saat 13:00-da başlayan mərasim 48 saat davam edəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.