Maradona dəfn edildi

 09:35 27.11.2020     198

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres yaxınlığında dəfn edilib.

Redaktor.az xəbər verir ki, Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.

Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib.

Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib. //Report