“Artıq yaşamaq istəmirdi” - Maradonanın meneceri

 21:58 27.11.2020     197

Dieqo Maradonanın meneceri Stefano Çeçi əfsanəvi futbolçunun ölümündən öncəki vəziyyəti barədə danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

“Son vaxtlar fiziki və mənəvi cəhətdən zəif olmuşdu. Düşünürəm ki, yorulmuşdu və ölümü düşünürdü. Artıq yaşamaq istəmirdi”, - deyə menecer bildirib. //Oxu.az