Avropa Liqası: həftənin oyunçusu bəlli olub

 22:56 27.11.2020     180

Avropa Liqasında həftənin oyunçusu bəlli olub.

Redaktor.az-ın məlumatına görə, qrup mərhələsinin V turunun ən yaxşısı Karlos Vinisius seçilib.

İngiltərənin “Tottenhem” klubunun futbolçusu azarkeşlər arasında səsvermədə qalib olub. Karlos V turun “Lüdoqorets”lə (Bolqarıstan) qarşılaşmasında iki qolla 4:0 hesablı qələbədə pay sahibi olub.

Qeyd edək ki, səsvermədə digər namizədlər Bunlar Nikolas Pepe (“Arsenal”), Kerem Demirbay (“Bayer”) və Kody Qakpo (PSV) olub. //APA