"Qələbə üçün meydana çıxmışdıq" - Elçin Rəhmanov

 02:16 04.12.2020     184

"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Qələbə üçün meydana çıxmışdıq".

Redaktor.az-ın məlumatına görə, bunları “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis yaxşı oyuna görə futbolçulara təşəkkür edib:

"Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi. Yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər". //Open.az