"Barselona" hücumçusuna yeni müqavilə təklif etdi

 06:31 04.12.2020     193

İspaniyanın "Barselona" klubu futbolçusu Usman Dembeleyə yeni müqavilə təklif edib.

Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisi heyətlə bağlı problemləri nəzərə alaraq 23 yaşlı fransalı hücumçunu saxlamaq qərarına gəlib.

Qeyd edək ki, Usman Dembele "Barselona"ya 2017-ci ildə 105 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçib. O, bu mövsüm 7 oyuna çıxıb və 1 qol vurub. Dembelenin müqaviləsi 2022-ci ilin yayında başa çatır. //Report